4 Avqust 2023 16:08
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna xarici işlər naziri Dmitri Kuleba istefa verə bilər. Prezident Vladimir Zelenskinin aparatının 42 yaşlı diplomata etimadı azalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumatda deyilir ki, Zelenski Kulebaya rəğbət bəsləsə də, onun səfirlərin təyinatı məsələlərində və xarici siyasət qərarları sahəsində təsiri zəifləyib.

“Xarici işlər nazirinin təsirinin azalmasına səbəb prezidentin müşaviri Yermakın Kulebanı təkcə xarici siyasət yolunda deyil, həm də Zelenskini məlumatlandırmaqda rəqib kimi görməsidir”, - Ukrayna mətbuatı yazır.

Kulebanı Prezident Aparatı rəhbərinin müavini Andrey Sibiqa əvəzləyə bilər. Alternativ namizədlərdən biri də parlamentin Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin rəhbəri Aleksandr Merejkodur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər