“Ukraynanın Rusiyaya qarşı müharibədə üzləşdiyi mübarizə asan deyil”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, briqada generalı Patrik Rayder deyib.
O xatırladıb ki, hazırda Ukrayna ruslar tərəfindən işğal olunmuş ərazilərdə tikilmiş müdafiə istehkamlarına qarşı döyüşür. Rayderin fikrincə, bu döyüş çətin olacaq.
“Ona görə də Ukraynanın düşdüyü bu mübarizənin asan olacağı ilə bağlı heç bir illüziya yoxdur”, - general bildirib.
Eyni zamanda, Pentaqon nümayəndəsi Ukrayna ordusunun ciddi döyüş potensialına malik olduğunu, öz ölkəsini qorumaq və suveren əraziləri geri qaytarmaq üçün bundan lazımi vaxtda və yerdə istifadə edəcəyini vurğulayıb.