4 Avqust 2023 22:39
2 846
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Respublikaçı konqresmeni Pit Seşn Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib.

Teleqraf.com xəbər verir ki, Seşn Kipr Türk Cümhuriyyətinə gələn ilk amerikalı konqresmen olub.

Amerikalı siyasətçi ölkə Prezidenti Ərsin Tatar tərəfindən qəbul edilib. Görüşün gündəmində Şimali Kipr Türk Cümhuriyyətinin tanınması olub.

Prezident Tatar beynəlxalq ictimaiyyət və ABŞ-ı Kiprin türk tərəfinin iki dövlət və suveren bərabərlik və bərabər beynəlxalq statusa əsaslanan yeni siyasətini tanımağa çağırıb.

Konqresmenin səfəri Yunan Kiprini narahat edib. Yunan Kiprinin Xarici İşlər Nazirliyindən verilən açıqlamada Seşnin bu ölkəyə səfəri “qeyri-qanuni” adlandırılıb.

Səfərə kölgə salmağa çalışan XİN bildirib: “Beynəlxalq hüquq pozulub. ABŞ rəsmi mövqeyindən kənara çıxıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər