Ağ ev administrasiyası ABŞ-ın Puerto-Rikoda yerləşən köhnə hərbi-dəniz bazasını ukraynalı pilotların F-16 qırıcıları üzrə təlimlərində istifadə etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bir neçə həftə əvvəl adanın şimal-şərqində yerləşən Seyba şəhərindəki Ruzvelt-Rouds hərbi-dəniz bazasında keçirilən iclasda ukraynalı pilotların burada təlim keçəcəyi açıqlanıb.
Bazanın fəaliyyəti 2004-cü ildə dayandırılsa da, Vaşinqton ondan istifadə hüququnu özündə saxlayır.
Bir müddət öncə Ukrayna prezidenti Volodimir Zelenski avqust ayında ukraynalı pilotların F-16 təyyarələrində təliminin başlayacağına ümidini ifadə etmişdi.
Qeyd edək ki, Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi bu ilin sonunadək ABŞ-ın Kiyevə F-16 təyyarələri vermək niyyətində olduğunu bildirmişdi.