5 Avqust 2023 10:43
9 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigerdə ​​son çevriliş nəticəsində hakimiyyətə gələn hərbi xunta Fransa ilə hərbi müqavilələri denonsasiya etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu qərar əsasında Nigerdə ​​yerləşən 1500 fransız hərbçisinin hamısı ölkəni tərk etməlidir.

Öz növbəsində, Fransa hakimiyyəti Nigerin Parislə hərbi sazişləri denonsasiya etmək qərarını tanımaqdan imtina etdiyini bildirib.

“Fransa xatırladır ki, müdafiə sahəsində Nigerlə əməkdaşlığın hüquqi əsası Nigerin legitim hakimiyyəti ilə bağlanmış müqavilələrə əsaslanır”, - Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Hakimiyyəti ələ keçirmiş hərbi xunta istənilən kənar təcavüzə dərhal cavab verməklə hədələyir.

Nigerin devrilmiş Prezidenti Məhəmməd Bazum ABŞ və dünya ictimaiyyətinə müraciət edərək, Nigerdə ​​konstitusion düzənin bərpasına kömək etməyə çağırıb.

Artıq bir neçə Afrika ölkəsi devrilmiş prezidentin hakimiyyətə qaytarılması üçün Niger ərazisində hərbi əməliyyatda iştirak etməyə hazır olduqlarını açıqlayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər