Saxa Respublikasının (Yakutiya) ilk prezidenti Mixail Nikolayev 86 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə regionun rəhbəri Aysen Nikolayev məlumat verib.
“Saxa Respublikasının ilk prezidenti, böyük insan, çox hörmətli Mixail Yefimoviç Nikolayevin ürəyi dayandı”, - Aysen Nikolayev deyib.
Mixail Nikolayev 1992-ci ilin yanvarından 2002-ci ilin yanvarına qədər Yakutiyanın prezidenti olub.
Qeyd edək ki, 86 yaşlı keçmiş prezidentin ölümüylə bağlı Yakutiyada 3 günlük matəm elan olunub.