5 Avqust 2023 12:23
1 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan körfəz ölkələrinə ikinci turunu və Almaniyaya mümkün səfərini planlaşdırır.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri avqustda Bəhreyn, Oman, Küveyt və İraqa səfər etməyi planlaşdırır.

Bundan başqa, Prezident Ərdoğan sentyabrın 9-10-da Hindistanda keçiriləcək G20 sammitində və sentyabrın 18-19-da ABŞ-da BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək.

Sentyabrda Almaniyaya səfər edə bilər.

Bundan əvvəl Türkiyə rəhbəri Rusiya Prezidenti Vladimir Putinin ölkəsinə səfərinin avqustda baş tutacağına ümid etdiyini, amma konkret tarixin hələ müəyyən olunmadığını açıqlayıb. Onun sözlərinə görə, hazırda bu məsələ xarici işlər naziri və kəşfiyyat rəhbəri tərəfindən razılaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər