5 Avqust 2023 17:10
1 998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Afrika İqtisadi Birliyi Nigerə mümkün hərbi müdaxilə planını, o cümlədən qüvvələrin yerləşdirilməsi qaydası və vaxtını hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “Röyter” agentliyi yazır.

Birlik ölkələrinin Nigerdə ​​çevriliş edən qiyamçılara nə vaxt və harada zərbə endirəcəkləri məlum deyil, qərarı dövlət başçıları verəcək.

Nigeriya Prezidenti Bola Tinubu Senata məktub yazaraq qanunverici orqanın üzvlərindən qonşu Nigerə regional hərbi müdaxiləyə dəstək vermələrini xahiş edib.

Tinubu hərbi xuntanı təslim olmağa və ölkədə ​​konstitusiya düzənini bərpa etməyə çağırıb.

Bundan əvvəl Burkina Faso və Mali Nigerə qarşı istənilən hərbi müdaxilənin onlara qarşı müharibə elan etməyə bərabər olacağını bəyan etmişdi.

Ötən həftə Nigerdə ​​hərbi çevriliş baş verib. Nəticədə hərbçilər Prezident Məhəmməd Bazumun iqamətgahını ələ keçirdiklərini və onun hökumətinin devirildiyini bəyan ediblər.

Afrika İqtisadi Birliyinə 15 ölkə - Benin, Burkina-Faso, Fildişi Sahili, Qambiya, Qana, Qvineya, Qvineya-Bisau, Liberiya, Mali, Niger, Nigeriya, Seneqal, Syerra-Leone, Toqo və Kabo-Verde daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər