5 Avqust 2023 22:19
3 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Hörmüz boğazından keçən ticarət gəmilərinə silahlı dənizçilər yerləşdirə biləcəyi xəbərinin yayılmasından sonra İran “İslam İnqilabı Keşikçiləri Korpusu”nun (SEPAH) dəniz qüvvələri 300-1000 kilometr mənzilə malik müxtəlif növ raketləri inventarına əlavə etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, SEPAH-ın komandanı Hüseyn Səlaminin də qatıldığı mərasimdə dəniz qüvvələrinə yüzlərlə yeni strateji sistem, avadanlıq və silahlar təhvil verilib.

Məlumatda deyilir ki, təhvil verilən silah və texnikanın hamısı Müdafiə Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən istehsal olunub.

“Raket buraxılış qurğuları, radar sistemləri, 300-1000 kilometr mənzilə malik yüzlərlə qanadlı və ballistik raketlər “İnqilab Keşikçiləri Korpusu”nun dəniz qüvvələrinə çatdırılan sistem və avadanlıqlar arasındadır”, - kanal bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər