Yaponiya sakinləri 78 il əvvəl ABŞ tərəfindən Xirosimaya atılan atom bombası nəticəsində həlak olanların xatirəsi yad edirlər.
Teleqraf.com xəbər verir ki, faciənin ildönümü ilə bağlı əsas anım mərasimi Xirosimanın mərkəzindəki Sülh Memorial Parkında keçirilir.
Yerli vaxtla saat 08:15-də - 1945-ci il avqustun 6-da partlayış baş verən zaman bütün ölkə üzrə bir dəqiqəlik sükut elan edilib.
Ənənəyə görə, sükut dəqiqəsi zəngin vurulması ilə başlayır.
Sonra Xirosima meri Kazumi Matsui sülh bəyannaməsini oxuyacaq. Həmçinin Baş nazir Fumio Kişidanın çıxış edəcəyi gözlənilir.