6 Avqust 2023 07:55
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hökuməti Əfqanıstandan olan qaçqınları ölkədən qovmaq üçün aksiyaya başlayıb. Minlərlə əfqan mehmanxanalardan zorla çıxarılıb.

Teleqraf.com xəbər verir ki, hökumət mehmanxanalarda yaşayan 8 min Əfqanıstan vətəndaşına ölkəni tərk etmək üçün avqustun sonunadək vaxt verib.

Ölkədən çıxarılan əfqanlar vaxtilə İngiltərə hökuməti tərəfindən sığınacaq verilənlərdir. Son dəstə buraya 2021-ci ildə Əfqanıstanda baş verən məlum hadisələrdən sonra pənah gətirib və onların arasında xeyli sayda azyaşlı uşaq var. Onlar mehmanxanalarda dövlətin hesabına yaşayırlar.

Böyük Britaniya hökuməti bu aksiyanın başladılmasını ölkədə kəskinləşən mənzil böhranı səbəbi ilə izah edib.

Ölkə ictimaiyyətinin bəzi nümayəndələri bu aksiyaya etiraz edərək, vaxtında ingilislərin həyatını xilas edən əfqanlara qarşı bu münasibəti ədalətsiz adlandırıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər