6 Avqust 2023 08:56
12 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda ilk dəfə aparılan rəqəmsal siyahıyaalmanın nəticələrinə görə, ölkə əhalisinin sayı illik 2,55 faiz artaraq 241,49 milyon nəfərə yüksəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Pakistan Statistika Bürosu məlumat yayıb.

Vilayətlərə görə bölgüdə Pəncabın 127,68 milyon, Sindhin 55,69 milyon, Hayber Paxtunxvanın 40,85 milyon və Bəlucistanın 14,89 milyon əhalisi olduğu vurğulanıb. Paytaxt İslamabadın əhalisinin isə 2,36 milyon olduğu açıqlanıb.

Ölkə üzrə kənd yerlərində yaşayanların nisbəti 61,18 faiz, şəhər yerlərində yaşayanların nisbəti isə 38,82 faiz təşkil edib.

2017-ci ildə aparılan ən son siyahıyaalmada Pakistan əhalisinin 207,68 milyon nəfər olduğu açıqlanıb. Siyahıyaalma 2023-cü il martın 1-də başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər