6 Avqust 2023 11:45
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevdəki "Ana Vətən" abidəsinin qalxanı üzərinədəki sovet gerbi Ukraynanın milli simvolu olan üçdişli mizraqla (“Trezub”) əvəz olunacaq.

Teleqraf.com xəbər verir ki, simvolun quraşdırılması şənbə gününə planlaşdırılıb, lakin külək işə mane olub. Hazırda qalxanın panellərinin quraşdırılması davam edir. Gecəyə qədər simvolu yalnız 24 m qaldırmaq mümkün olub, postamentli abidənin hündürlüyü isə 102 m-dir.

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Naziri Rostislav Karandeyevin sözlərinə görə, işlər avqustun 24-də qeyd olunan Müstəqillik Gününə qədər tamamlanmalıdır. SSRİ-nin gerbi isə saxlanmaq üçün muzeyə göndəriləcək.

Xatırladaq ki, bir müddət əvvəl Ukraynanın Milli Tarixi Muzeyinin baş direktoru Yuri Savçuk Kiyevdəki “ Ana Vətən” abidəsinin “Ana Ukrayna” adlandırıla biləcəyini bildirmişdi. Onun sözlərinə görə, adın dəyişdirilməsi üçün hər cür əsas var və bu addım sadəcə formallığa çevrilməyəcək. Savçuk əlavə edib ki, qərarı avqustun 24-dək ölkənin Mədəniyyət Nazirliyi təsdiq edəcək.

Məlumat üçün bildirək ki, sözügedən heykəl Avropanın ən hündür abidələrindən biridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər