Paris olayından sonra növbəti hadisə Almaniyanın Hamburq şəhərində baş verib.
Teleqraf.com axar.az-a istinadən xəbər verir ki, Hamburqda ötən gecə naməlum şəxslər "Hamburqer Morqenpost" redaksiyasına molotov kokteyli ataraq yanğın törədiblər.
Jurnalistlər açıqlamalarında bəzi sənədlərin yandığını bildiriblər. Polis iki şübhəlini saxlayıb. Araşdırma aparılır.
Qeyd edək ki, "Hamburqer Morqenpost" "Şarli Hebdo" jurnalının Məhəmməd peyğəmbər karikaturalarını yenidən dərc etmişdi. Hadisənin də bu səbəbdən baş verdiyi qeyd edilir.