İsrailin baş naziri Netanyahu İsraildə məhkəmə islahatlarının balanslaşdırılmış şəkildə həyata keçiriləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Onun sözlərinə görə, İsrail hökuməti ilkin plan üzrə islahat aparmayacaq və hakimlərin təyinatı üzrə komissiyanın tərkibinin dəyişdirilməsi üzərində işləyəcək.
“Məncə, biz qanunvericilik yaratmamalıyıq... Balans olmalıdır. Biz bunu bərpa etməyə çalışırıq”, - deyən baş nazir islahatlar çərçivəsində ifrata varmaq istəmədiyini bildirib.