11 Yanvar 2015 11:45
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziya hərbi dəniz qüvvələri iki həftə öncə qəzaya uğramış AirAsia təyyarəsinin quyruğunu dənizdən çıxarıblar.

Teleqraf.com xəbər verir ki, dalğıclar təyyarənin "qara qutularını" hələlik tapa bilməyiblər. Rəsmilərdə olan məlumata görə, bu qutular təyyarənin quyruğundan ayrılıb.

QZ8501 reysli təyyarə dekabrın 28-də pis hava şəraitinə görə radardan itib. İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçan təyyarədə 162 adam var idi.

İndiyədək 48 cəsəd tapılıb, lakin axtarış komandaları sərnişinlərin əksəriyyətinin təyyarənin füzelyajında olduğunu düşünür, təyyarənin bu hissəsi isə hələ ki, tapılmayıb.


Müəllif:

Oxşar xəbərlər