Yanvarın 7-də silahlı hücuma məruz qalan Fransanın “Charlie Hebdo” satirik jurnalnın sahibi müsəlman ola bilər.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Əlcəzair mənşəli Fransa biznesmeni, Rəşid Nekkaz “Charlie Hebdo” qəzetinin səhm paketini əldə etməyə hazırlaşdığını söyləyib.
Maqnat həmçinin bildirib ki, müsəlmanların dini hislərini təhqir edən karikaturalarının yayılmasına imkan verməmək üçün jurnalın yayım siyasətinə nəzarət etmək istəyir. Nekkaz daha əvvəllər “Charlie Hebdo” nəşrinin səhm paketini girovdan çıxartmağı təklif edib. O, 2012-ci ilin sentyabrında bunun üçün 350 min avro ödəməyə hazır olduğunu bildirmişdi. Ancaq terror aktında həlak olmuş nəşrin baş redaktoru bu təklifi rədd etmişdi.
“İndi mən müsəlmanların qatil olmadığını fransızlara sübut etmək üçün daha çox ödəməyə hazıram”, - biznesmen deyib.