Səudiyyə Ərəbistanının Ciddə şəhərində Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlliylə bağlı aparılan danışıqlar müəyyən nəticə verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “Röyter” agentliyi yazır.
Məlumatda deyilir ki, Səudiyyə Ərəbistanında keçirilən sammit beynəlxalq konsensusun möhkəmlənməsinə kömək edib.
Çin Rusiyadakı keçmiş səfirini, Avrasiya məsələləri üzrə xüsusi elçisi Li Huini Ciddəyə göndərib. Çin Xarici İşlər Nazirliyi diplomatın Ukrayna böhranının siyasi həlli ilə bağlı bütün tərəflərlə geniş əlaqələr və ünsiyyət qurduğunu, bütün tərəflərin rəy və təkliflərini dinlədiyini və beynəlxalq konsensusu daha da möhkəmləndirdiyini açıqlayıb.
Nazirlik qeyd edib ki, bütün tərəflər Li Huinin iştirakını müsbət qiymətləndiriblər və sülh danışıqlarının təşviqində Çinin müsbət rolunu tam dəstəkləyiblər.