7 Avqust 2023 17:25
6 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran hökuməti heç vaxt Moskvaya Ukrayna müharibəsində İranın pilotsuz uçan aparatlarından və ya silahlarından istifadə etmək üçün şərait yaratmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu Yaponiyada səfərdə olan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“Müharibə başlayandan bəri prezident tərəfindən savaşı dayandırmaq və tərəfləri dialoqa qaytarmaq üçün ən yüksək səviyyədə səylər göstərilib”, - nazir bildirib.

Tehran Rusiyaya silah, xüsusilə də pilotsuz təyyarələr göndərməklə Ukrayna müharibəsinə qarışmaqda ittiham edilərkən, Abdullahiyan təsdiqləyib ki, son illərdə Rusiya ilə münasibətlərin oxlarından biri müdafiə əməkdaşlığı olub. Bununla belə, o, Rusiyanın Ukraynada istifadə etdiyi pilotsuz təyyarələrin Rusiya istehsalı olduğunu iddia edib: “Bilirsiniz ki, Rusiyanın özü dünyada ən böyük silah istehsalçısı və ixracatçılarından biridir”.

Ukrayna dəfələrlə mülki hədəflərinin İran PUA-ları ilə hədəfə alındığını bəyan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər