Əfqanıstanın Host əyalətində verilən xeyriyyə yeməyindən sonra 450-yə yaxın insan zəhərlənib.
Teleqraf.com xəbər verir ki, zəhərlənənlər arasında 90 uşaq, 120 qadın da var.
İlkin iddiaya görə, zəhərlənməyə əsas səbəb aşpazların səhlənkarlığı olub.
Dövlət Təhlükəsizlik Xidməti olayı araşdırır.