“Rusiya Qara dənizdə taxıl dəhlizinin qarşısını almaqda davam edərsə, gəmisiz qala bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Argentinanın “Nacion” nəşrinə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib
Onun sözlərinə görə, “Taxıl sazişi” fəaliyyətini dayandırdıqdan sonra Ukrayna həll yolları axtarmağa məcburdur:
“Rusiya Qara dənizə atəş açaraq hökmranlıq etməyə davam edərsə, Ukrayna özünü müdafiə edəcək. Rusiya Federasiyası başa düşməlidir ki, eyni ruhda davam etsə, münaqişənin sonuna bir dənə də olsun gəmi qalmayacaq”.