Almaniyanın Düsseldorf şəhərinin rayonlarından birində İkinci Dünya Müharibəsi zamanı Amerika bombasının tapılması səbəbindən 13 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə " X" ("Twitter") sosial şəbəkəsində paylaşılan məlumatda bildirilib.
"Duesseltal/Zoo adlanan ərazidı tikinti işləri zamanı tapılan İkinci Dünya Müharibəsinə aid 10 sentner çəkisində ABŞ bombası gecə ərzində zərərsizləşdiriləcək", - deyə qeyd olunub.
Eyni zamanda bildirilib ki, mərminin tapıldığı yerin ətrafında 500 m radiusda olan bütün sakinlər gecə yarısına qədər ərazini tərk etməlidirlər - bu, təxminən 13 min nəfərdir.