8 Avqust 2023 10:56
5 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən sammit Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin Rusiyanın maraqlarına uyğun həlli ilə bağlı Pekin və Moskva arasında fikir ayrılıqlarını üzə çıxardı.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Amerikalı analitiklərin fikrincə, Çin nümayəndələri sammitdə konstruktiv olduqlarını göstərməyə çalışıblar. Avropalı rəsmilərə görə, bu, Rusiyanın dünyada təcridinin güclənməsini göstərdi.

Eyni zamanda, Çin nümayəndə heyəti Rusiyanın iştirakı olmadan keçiriləcək oxşar digər formatlara da qatılmağa hazır olduqlarını bəyan edib.

Rusiya mənbələr isə Çinin bu ilin fevralında irəli sürdüyü 12 bəndlik Ukrayna ilə bağlı “sülh planı”nı Moskvanın rədd etdiyini bildiriblər. Öz növbəsində Çinin bəzi siyasi elitaları Ukraynadakı müharibənin həlli ilə bağlı Rusiya rəhbərliyinin mövqeyindən qapalı şəkildə narazılıqlarını çatdırıblar.

Ekspertlərin fikrincə, bütün bunlar Çinin Ukrayna məsələsində Rusiyanı tam dəstəkləmədiyi ehtimalını təsdiqləyir. Bundan əlavə, Moskva-Pekin əlaqələri Kremlin dediyi kimi, heç də “sərhədsiz” deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər