8 Avqust 2023 11:51
1 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya Senatı Prezident Bola Əhməd Tinubunun çevrilişin baş verdiyi Nigerə qoşun göndərməkdən imtina etməsi ilə bağlı xəbəri təkzib edib.

Teleqraf.com xəbər verir ki, Senat üzvü Yemi Adaramodu Tinubunun Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) qərarı ilə bağlı Senata məlumatlandırma məktubu göndərdiyini açıqlayıb.

O, Senatın ECOWAS-ın qərarını rədd etmədiyini bildirib: “Tinubu sadəcə olaraq blokun (ECOWAS) diplomatiyadan istifadə etmək qərarını bizə çatdırdı və son çarə kimi gücdən istifadəni göstərdi. Bu, tələb deyil”.

Adaramodu qeyd edib ki, Tinubunun məktubu avqustun 4-də Senatın xüsusi iclasında qəbul edilib və müzakirə olunub.

Senator Nigeriya xaricində xüsusi əməliyyat üçün qoşun göndərilməsi ilə bağlı konstitusiya proseduruna toxunub:

“Əvvəlcə parlamentə rəsmi məktub yazmalıdır. Hələlik vəziyyət belə deyil. Bizdə ancaq məlumat var. Bizdə yalnız məlumatlandırma məktubu var”.

Nigeriya Prezidenti və ECOWAS rəhbəri Tinubu avqustun 4-də Senata məktub yazaraq Nigerə hərbi müdaxiləyə dəstək istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər