11 Yanvar 2015 15:22
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Binyamin Netanyahu Fransadakı yəhudi mağazasına hücumdan sonra bu ölkədəki soydaşlarına müraciət edib.

Teleqraf.com-un musavat.com-a istinadən məlumatına görə, bu barədə Fransanın “Le Point” nəşri xəbər yayıb.


Baş nazir onlara xitabən İsrailin yəhudilərin “evi” olduğunu xatırladıb. “Fransanın, Avropanın bütün yəhudilərinə deyirəm ki, İsrail sadəcə, dualarınızda müraciət elədiyiniz yer deyil, İsrail dövləti həm də - sizin evinizdir”, - deyə o, qeyd edib.

Xatırladaq ki, yəhudi mağazasının azad edilməsi əməliyyatı zamanı 4 girov öldürülüb. Daha doğrusu, onlar hücuma kimi terrorçu tərəfindən qətlə yetirilib. Terrorçu özü də öldürülüb.


Müəllif:

Oxşar xəbərlər