8 Avqust 2023 18:12
4 777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Rusiya-Ukrayna müharibəsində Moskvaya “hərbi təchizat dəstəyi” verdiyi bildirilən şəxslərə və qurumlara qarşı yeni sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, sanksiya siyahısında Türkiyədə fəaliyyət göstərən iki şirkətdən (“Turkik Union” və “Azu International”) başqa İran, BƏƏ, Slovakiya və İsveçrədən olan qurumlar da var.

Britaniya xarici işlər naziri Ceyms Kleverli sanksiyalarla bağlı açıqlamasında deyib:

“Bu gün elan edilən mühüm sanksiyalarla Rusiyanın arsenalı daha da azalacaq və Putinin hazırda çətin durumda olan müdafiə sənayesini dəstəkləyən təchizat zəncirləri şəbəkəsi bağlanacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər