9 Avqust 2023 11:23
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken Nigerin devrilmiş prezidenti Məhəmməd Bazumla apardığı telefon danışığı barədə məlumat verib.

Teleqraf.com xəbər verir ki, ABŞ rəsmisi bu barədə Tvitter hesabında yazıb.

“Niger Prezidenti Bazumla danışdım, ona cari konstitusiya böhranının sülh yolu ilə həlli üçün daimi səylərimiz barədə məlumat verdim. Birləşmiş Ştatlar onu və ailəsini dərhal azad etmək çağırışımızı təkrarlayır”, - Blinken deyib.

Bazum iyulun sonunda Prezident Qvardiyasının çevrilişi nəticəsində hakimiyyətdən məhrum edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər