9 Avqust 2023 16:30
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz Taxıl Müqaviləsini genişləndirilmiş miqyasda canlandırmaq istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Blumberq” agentliyi yazır.

Türkiyə lideri Qərb ölkələrini bu təşəbbüsün Rusiya ilə Ukrayna arasında sülhün əsasına çevrilməsinə kömək etməyə çağırıb.

Agentlik Prezident Ərdoğanın bu açıqlamasına diqqət çəkib:

“Prezident Vladimir Putinlə telefon danışığı zamanı Rusiyanın tələbləri və gözləntiləri ilə yaxından tanış olmaq üçün daha bir fürsətimiz oldu”.

Onun sözlərinə görə, hər ikisi taxılın Afrika ölkələrinə çatdırılmasını zəruri hesab edir. Müvafiq danışıqlar üçün təmasların davam etdiyi, hazırda qərarın Qərb ölkələrinin vədlərini yerinə yetirib-yetirməməsindən asılı olduğu bildirilir. Eyni zamanda Ərdoğan söhbətin konkret nədən getdiyini açıqlamayıb.

“Təəssüf ki, əvvəlki dövrdə loyallıq prinsipinə əməl olunmadı. Qara dəniz Təşəbbüsünün yaratdığı müsbət atmosferi atəşkəsə, sonra isə daimi sülhə çevirmək üçün heç bir diplomatik addım atılmadı”, - agentlik qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər