“Rusiyaya təzyiqlərini davam etdirməsi məsələsində ABŞ Türkiyəni dəstəkləyir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Türkiyənin Qara dəniz Taxıl Sazişinə qoşulması üçün Rusiyaya təzyiq göstərməkdə oynadığı rolu alqışlayırıq. Hesab edirik ki, bu addımlar səmərəli olub. Türkiyənin bu məsələdə Rusiya Federasiyasına təzyiq göstərməyə davam etməsini dəstəkləyirik”, - Miller bildirib.