9 Avqust 2023 19:52
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ordusu hazırda irimiqyaslı hücum etmək iqtidarında deyil”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Qrabski deyib.

“Rus işğalçıları mütəmadi olaraq cəbhədə “qələbələr” barədə məlumat verirlər, əslində heç bir uğur qazana bilmirlər, sadəcə bütün gücləri ilə mövqelərini qorumağa çalışırlar. Əlbəttə, buna baxmayaraq, rus ordusunun “möhtəşəm qələbələri və müdafiələrinin sabitliyi” haqda məlumat verirlər. Baş verənlərə sağlam düşüncə ilə yanaşanda, təbii ki, heç bir irəliləyiş görmürük. Sadəcə Rusiya ordusu ələ keçirdiyi mövqeləri möhkəm saxlamağa çalışır”, ekspert bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun bütün strategiyası yalnız əlində olanları saxlamaqdan ibarətdir:

“Biz Melitopol və Berdyan istiqamətlərində məhdud miqyasda da olsa əks-hücum əməliyyatları apararaq, inanılmaz dərəcədə çətin şəraitdə düşmənin səngərlərini təmizləyirik, hərbi-polis əməliyyatları həyata keçiririk. Hücumu davam etdiririk, düşmənin müdafiəsini yararaq əsir götürmək imkanımız var”.

Qrabski iddia edir ki, Rusiya ordusu hazırda irimiqyaslı hücum etmək iqtidarında deyil:

“Bu, Silahlı Qüvvələrin ən azı son altı ayda səmərəli fəaliyyətindən xəbər verir. Bəli, düşmən Donetsk vilayətində özünü sərbəst hiss etmir, çünki orada Avdiv istehkam rayonu var. Bu durum işğalçılara maddi-texniki təminat və komanda baxımından öz imkanlarından tam istifadə etməyə imkan vermir. Ukraynalı müdafiəçilər rusların manevrlərini xeyli çətinləşdirir, onların maddi-texniki strukturuna ciddi zərbələr vurur, sursat və maddi resurslar toplamağına və hücumu davam etdirməsinə mane olur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər