9 Avqust 2023 20:45
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya səfiri Saymon Şerklif İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Teleqraf.com xəbər verir ki, Nazirliyin Qərbi Avropa İdarəsinin rəisi səfirə 8 avqust – Jurnalistlər Gününə dair “Twitter“ paylaşımı ilə bağlı etirazını bildirib.

Qeyd edək ki, səfir “Twitter“ paylaşımında İranda medianın fəaliyyətinə yaradılan maneələri tənqid edib.

Xatırladaq ki, İranda 8 avqust - Jurnalistlər Günü kimi qeyd edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər