Müharibə başlayandan doqquz milyona yaxın vətəndaş Ukraynanı tərk edib. Altı milyondan çox ukraynalı hələ də xarici ölkələrdədir.
Teleqraf.com xəbər verir ki, onların iki milyona yaxını öz vətənlərinə qayıtmaq istəyir.
BMT-nin məlumatına görə, 350-yə yaxın insan artıq ölkəyə qayıdıb, amma öz evlərinə yox, köçkün statusunda qalıb.
Ukrayna İqtisadiyyat Nazirliyi bildirib ki, ölkəni tərk edən hər 100 min nəfər ölkənin ÜDM-ni 0.5 faiz azaldır.
Geri dönənlərin hazırkı dalğası xaricdə sabit iş və mənzil tapa bilməyən və ya yaxın qohumlarını ölkədə qoyub gedənlərdən ibarətdir.
Ukrayna İqtisadiyyat Nazirliyi yaxın 10 il ərzində iqtisadiyyatı stimullaşdırmaq üçün 4.5 milyon iş yeri açmağı planlaşdırır.