10 Avqust 2023 17:55
1 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya-Ukrayna müharibəsində heç kimin tərəfində deyilik”.

Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“Ukraynadakı müharibədə İranın pilotsuz təyyarələrindən istifadə etmək ittihamı əsassızdır. Rusiya rəsmiləri bizi əmin etdilər ki, Ukraynaya qarşı bizim avadanlıqlarımızdan istifadə etməyiblər və etməyəcəklər”, - nazir bildirib.

Abdullahiyan müharibədə heç kimin tərəfini tutmadıqlarını iddia edib:

“Ukraynadakı müharibənin davam etməsi üçün bu savaşda heç kimin tərəfində olmamışıq və tərəfində də deyilik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər