ABŞ Milli Kosmos Agentliyinin (NASA) “Ceyms Uebb” kosmik teleskopu indiyə qədər kəşf edilmiş ən uzaq ulduz Earendelin Günəşdən təxminən milyon dəfə daha parlaq olduğunu müəyyən edib.
Teleqraf.com xəbər verir ki, NASA alimləri Earendelin Günəşdən təxminən bir milyon dəfə parlaq, iki dəfə isti olan nəhəng B tipli ulduz olduğunu deyirlər.
Ulduz qalaktika klasterinin “qravitasiya linzalama effekti” ilə aşkar edilib.
Earendelin “Uebb”in yüksək rezolyusiyaya malik infraqırmızı fotoşəkilində belə yeganə işıq nöqtəsi olaraq görüldüyünü söyləyən astronomlar “linzalama effekti” ilə 4000 dəfə daha böyük göründüyünü və bunun indiyə qədər təsbit edilmiş ən uzaq ulduz olduğunu və Böyük Partlayışdan (Bing Bang) sonrakı bir milyard il içində müşahidə olunduğunu bildiriblər.
Astronomlar hesab edirlər ki, Earendelin kütləsində olan ulduzlar adətən ikili olurla, amma “Uebb” hələlik bunu təsbit edə bilməyib. Bununla belə, Earendelin rəngini araşdıran astronomlar onun daha soyuq və daha qırmızı bir “qardaş”ının olduğunu düşünürlər.