İranın Şimali Xorasan əyalətində poladəritmə zavodunda baş verən partlayış nəticəsində azı 8 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, kompleksin bir hissəsində qısamüddətli su sızması partlayışa səbəb olub.
Məlumata görə, altı nəfərin xəsarətləri yüngül qiymətləndirilir, onların ambulator müalicələri aparılır. Daha iki nəfər xəstəxanaya yerləşdirilib. Onlardan biri ağır yaralanıb.
Şirkət artıq avadanlıqların təmirinə başlayıb. Dəymiş maddi ziyanın miqdarı barədə hələlik məlumat verilmir.