Livanın müdafiə naziri Moris Slim paytaxt Beyrutda silahlı hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, naməlum şəxslər Slimin avtomobilinə atəş açıblar.
Slim hücumda yara almadan xilas olub. Güllələr müdafiə nazirinin avtomobilinə dəyib.
Olaydan sonra Slim hücumla bağlı qısa açıqlama verib.
Avtomobilinə silahlı hücum edildiyini bildirən Slim deyib: “Yaxşıyam, amma güllələr avtomobilimin arxa şüşələrini parçalayıb”.
Hücumla bağlı hökumət və təhlükəsizlik rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.