11 Avqust 2023 19:47
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və İran "beşə beş" formatında məhbus mübadiləsinə dair razılaşma əldə ediblər.

Teleqraf.com bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, mübadilə çərçivəsində Tehran Vaşinqtondan 6 milyard dollar alacaq və bu vəsaiti humanitar əməliyyatlara sərf edə biləcək.

Həmçinin, İran prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi sosial şəbəkə hesabında bildirib ki, ABŞ-nin məhbus vətəndaşları pulların hamısı köçürülənədək İranda qalacaq.

Razılaşmaya əsasən, ABŞ-də həbsxanada saxlanılan beş İran vətəndaşı sərbəst buraxılacaq. İran həbsxanasından artıq dörd ABŞ vətəndaşı sərbəst buraxılıb. Bir nəfər amerikalı isə ev həbsinə buraxılıb.

Bununla belə, ABŞ İrana qarşı sanksiyaları yüngülləşdirmək niyyətində olmadığını bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında məhbus mübadiləsinə dair müzakirələr iyun ayında başlamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər