11 Avqust 2023 22:39
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti Ukraynaya lazım olan qədər dəstək göstərə biləcəyindən əmindir.

Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder brifinqdə deyib.

Onun sözlərinə görə, Vaşinqton bu mövzunu Kiyevlə, həmçinin öz müttəfiqləri ilə müzakirə etməyə davam edəcək.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan ABŞ Ukraynaya 113 milyard dollardan yuxarı yardım ayrılmasını təsdiqləyib. Avqustun 10-da ABŞ prezidenti Co Bayden Konqresdən Kiyevə əlavə 13 milyard dollar hərbi yardım istəyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər