ABŞ Rusiyanın 4 tanınmış maliyyə elitasını və bir biznes assosiasiyasını sanksiyalar siyahısına əlavə edib.
Teleqraf.com xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.
Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) hədəf aldığı 4 nəfərin Rusiyanın ən böyük maliyyə və investisiya qurumlarından biri olan Alfa Group Konsorsiumunun müşahidə şurasında vəzifə yerinə yetirdiyi bildirilib.
Açıqlamada sözügedən şəxslərə daha əvvəl Avstraliya, Kanada, Avropa Birliyi, Yeni Zelandiya və Böyük Britaniya tərəfindən sanksiya tətbiq edildiyi qeyd olunub.
Bəyanatda sanksiyaya məruz qalan Rusiya elitalarının Petr Oleqoviç Aven, Mixail Maratoviç Fridman, German Borisoviç Xan və Aleksey Viktoroviç Kuzmiçev olduğu göstərilib.