12 Avqust 2023 13:04
2 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ABŞ-ı tərk edərək başqa ölkəyə gedə biləcəyi irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb.

“FETÖ lideri Gülən Məhmət Ali Şəngülün ölümü, bundan əvvəl Pensilvaniyada fermada zəhərlənməsi və ekstradisiya oluna biləcəyi narahatlığı ilə bağlı suallarla yanaşı, təşkilat daxilində hakimiyyət mübarizəsi zamanı öldürülə biləcəyindən qorxmağa başlayıb. Gülən özünü təhlükəsiz hiss edəcəyi başqa ölkəyə getmək üçün hazırlıqlara başlayıb. Onun da bununla bağlı rəsmi təşəbbüslərlə çıxış etdiyi bildirilir”, - məlumatda deyilir.

“Sabah” qəzeti də FETÖ lideri ilə bağlı bəzi məqamlara diqqət çəkib. Nəşrin iddiasına görə, FETÖ daxilində hakimiyyət mübarizəsi Gülənin həyatını təhdid edir.

“Ankaraya Gülənin gedəcəyi ölkənin İsveçrə olduğu xəbəri gəlib. Gülən Pensilvaniyada deyil, təşkilatı ələ keçirən Mustafa Özcanın təsirli olduğu İsveçrədə daha təhlükəsiz yaşayacaqmı? Bu, inandırıcı deyil. Əgər belə bir təhlükə varsa, onun ən yaxşı qorunacağı yer Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) ürəyi olan Pensilvaniyadır. ABŞ-ın bunu bilməməsi mümkündürmü?”, - məlumatda deyilir.

Bundan əvvəl də FETÖ lideri Gülənin ABŞ-dan gedəcəyi iddiası gündəmə gəlmişdi. Həmin iddiaya görə, Gülənin Amerikadan sonra gedəcəyi ölkə Braziliya olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər