Teleqraf.com xəbər verir ki, Ukraynanın şərqində qismən səngiyən mövqe döyüşləri bu gün yenidən kəskinləşib.
Donetskdə son döyüşlər zamanı geri çəkilməyə vadar edilən separatçılar bir sıra mühüm obyektləri, o cümlədən, kömür şaxtalarını intensiv atəşə tutublar.
Bombardıman nəticəsində Zasyadko şaxtası çöküb. Bu zaman şaxtada olan 364 fəhlə isə yerin altında qalıblar.
Son məlumatlara görə, antiterror qüvvələri vaxtında yetişərək şaxtaçıları xilas edə biliblər.
Nail Cəlil