12 Avqust 2023 13:43
2 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Cənubi Kiprdəki səfirliyi Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada Rusiya vətəndaşları üçün konsulluq xidmətləri göstərməyə başlayacağını açıqlamışdı.

Teleqraf.com xəbər verir ki, Yunanıstanın “Pentapostaqma” qəzeti Rusiyanın qərarını tənqid edib.

Nəşr Rusiyanın Şimali Kiprdə konsulluq xidməti göstərən ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın izi ilə getdiyini yazıb.

Rusiyanın Türkiyəyə güzəştə getməyə başladığına dair iddianın yer aldığı məqalədə Prezident Vladimir Putinin Cənubi Kipri kürəyindən bıçaqladığı, konsulluq açmaq qərarının Kipr probleminin həlli üçün müsbət hal olmadığı qeyd edilib.

Putinin Ukrayna müharibəsindən sonra Cənubi Kipr və Yunanıstana qarşı mövqe tutduğunu iddia edən nəşr Moskvanın Şimali Kipr üzərindən ABŞ-a mesaj vermək niyyətində olduğunu vurğulayıb.

“Politis”, “Fileleftheros” və “Haravgi” qəzetləri də Rusiya ilə bağlı oxşar iddiar irəli sürüblər.

Yunan siyasətçi Averof Nofitu isə gəlişmə ilə bağlı belə bir ifadə işlədib: “Rusiya bizi düşmən ölkələr sırasına qoydu”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər