“Yerli istehsallı “KAAN” döyüş təyyarəsi ilə bağlı Azərbaycanla razılıq əldə etmişik”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “A Haber”ə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə bu məsələ ilə bağlı digər ölkələr, o cümlədən Pakistanla razılıq əldə edəcək:
“F-15-ləri bizə vermədilər. Beləliklə, bizi öz təyyarəmizi istehsal etməyə sövq etdilər. Belə demək mümkünsə, əslində bizə yaxşılıq etdilər”.
Nazirin sözlərinə görə, dost və qardaş ölkələr “KAAN”la bağlı layihəyə ortaq olmaq üçün çalışır.//Report