12 Avqust 2023 19:41
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Müdafiə Qərargahının rəhbəri admiral Toni Radakin Kiyevə səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş komandanı Valeri Zalujnı teleqram kanalında məlumat verib.

"Böyük Britaniyanın Müdafiə Qərargah rəisi, admiral ser Toni Radakinin Kiyevə səfəri. Britaniyalı tərəfdaşlarımızla konstruktiv görüş. Biz komanda məntəqələrindən birində iş apardıq, admiral Radakini döyüş meydanındakı vəziyyətlə ətraflı tanış etdik. Hücum və müdafiə addımlarımızı və Ukrayna ordusunun təcili ehtiyaclarını müzakirə etdik"- deyə Zalujnı yazıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər