12 Avqust 2023 23:16
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukrayna münaqişəsinin tezliklə həllində maraqlı deyil.

Teleqraf.com xəbər verir ki, bunu "Berliner Zeitung" qəzetinə müsahibəsində Çinin Almaniyadakı səfiri Vu Ken deyib.

O qeyd edib ki, Pekin Vaşinqtonla mühüm beynəlxalq məsələlər üzrə danışıqlar aparır.

“Lakin məndə belə bir təəssürat yaranıb ki, amerikalılar Avropanın təhlükəsizliyində xüsusi rol oynasalar da, siyasi həllin tezliklə əldə olunmasında maraqlı deyillər. Ukrayna böhranı ABŞ-ın fəal iştirakı olmadan həll edilə bilməz”, - diplomat bildirib.

Vu Ken həmçinin əlavə edib ki, Ukrayna münaqişəsi ilk növbədə Avropanın təhlükəsizlik maraqlarına toxunur və bunda Avropa, Amerika nümayəndələri həlledici rol oynayır. Onların fəal iştirakı olmadan, Çin necə davransa da, nə etsə də böhran bitməyəcək.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər