Ankara və Moskva hazırda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında planlaşdırılan görüşün tarixini və yerini müzakirə edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Ria Novosti" Ərdoğan administrasiyasına istinadən məlumat yayıb.
Agentliyin sorğusuna cavab olaraq administrasiyası "Hələlik bu məsələ müzakirə mərhələsindədir" -deyə bildirib.
Bildirilir ki, Ankara danışıqların avqustda baş tutacağına ümid edir.