12 Yanvar 2015 01:45
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə antiterror yürüşünə qatılan dünya liderləri arasnda İsrailin baş naziri Binyamin Netanyahu da olub.

Səfəri əsnasında prezident Fransua Ollandla işgüza görüş keçirən baş nazir Fransa hökumətinin terrorçuluğa qarşı qətiyyətli mövqeyini yüksək qiymətləndirib.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Frans Press" agentliyi informasiya yayıb.

"Bizim ümumi düşmənimiz radikal islamçılardır, İslamın adi nümayəndələri yox" - deyə, Netanyahu vurğulayıb.

Qeyd edək ki, Binyamin Netanyahu Fransa prezidenti Fransua Ollandla Parisdəki böyük sinaqoqu ziyarət edib.


Müəllif:

Oxşar xəbərlər