Səudiyyə Ərəbistanının İordaniyadakı diplomatik missiyasının rəhbəri Naif əl-Sudeyri eyni zamanda Fələstinə səfir təyin edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bəyanatda bildirilir, Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri Naif əl-Sudeyri etimadnaməsini Fələstin Prezidentinin diplomatik müşaviri Məcdi əl-Xalidiyə təqdim edib: Fələstin Dövlətində eyni vaxtda səfir və Qüds şəhərindəki baş konsul kimi..."
Qeyd edək ki, Naif əl-Sudeyri Fələstində Səudiyyə Ərəbistanının ilk səfiri kimi tarixə düşdü.