İranın Fars vilayətinin Şiraz şəhərində Şah-Çerağ məbədində baş verən terror aktında ölənlərin sayı 4-ə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Bildirilib ki, iki yaraqlı məscidin ərazisinə daxil olmağa cəhd edib, onlardan biri saxlanılıb, ikincinin tutulması istiqamətində işlər davam etdirilir. Həmin şəxs məqbərənin girişində olanlara atəş açmağa davam edir.
Hazırda bina mühasirəyə alınıb.
***
İranın Şiraz şəhərində Şah Çıraq ziyarətgahında terror aktı baş verib
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində iki təhlükəsizlik əməkdaşı öldürülüb. Çox sayda yaralı var.
Qeyd edək ki, ötən il sözügedən ziyarətgaha terror hücumu həyata keçirilmişdi.