14 Avqust 2023 11:12
3 690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna qüvvələri son sutka ərzində cəbhənin ən azı iki istiqamətində əks-hücum əməliyyatları keçirib. Ukraynalılar Donetskin qərbində, Zaporoje vilayətinin şərq və qərbində irəliləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Ukrayna qoşunları Berdyan və Melitopol istiqamətlərində əks-hücum əməliyyatları keçirib və qismən uğur qazanıb.

Bir sıra rus mənbələri Rusiya qoşunlarının Urojanıdan (Donetsk və Zaporojya vilayətlərinin sərhəddində) geri çəkildiyini bildirirlər. ISW qeyd edir ki, hələlik Rusiya qüvvələrinin Urojanıdan tam çıxarıldığını təsdiqləyəcək məlumat yoxdur. Rusların hazırda ən azı rayonun cənub hissəsində mövqelər tutduqları ehtimalı var.

Həmçinin vurğulanır ki, Rusiya informasiya məkanında rusların aşağı əhval-ruhiyyəsi və bu sahədə komandanlıqla bağlı problemləri vurğulamaq üçün Urojanıda ukraynalıların uğurlarına diqqət yetirilir.

Urojanı yaxınlığında müdafiə əməliyyatı aparan “Şərq” batalyonunun komandiri Aleksandr Xodakovski Hərbi Hava Qüvvələrinin komandanı, general-polkovnik Mixail Teplinskinin Rusiyanın müdafiədə qalib gələ bilməməsi ilə bağlı sözlərinə istinad edib. Xodakovski Rusiyanın müharibənin əvvəlində öz resurslarını xərclədiyini və indi yeni əməliyyat üçün resursların toplanması üçün fasilənin lazım olduğunu deyib. ISW-yə görə, bu etiraf Rusiyanın bölgədə çevik müdafiə aparması üçün imkanlarının məhdud olduğunu göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər